Bu ilin 6 ayında Azərbaycanın valyuta ehtiyatları 8% artıb

Bu ilin 6 ayında Azərbaycanın valyuta ehtiyatları 8% artıb
# 11 avqust 2014 14:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 8,3% artaraq 54 mlrd. 412 mln. manata çatıb.

Başqa sözlə, bu ilin 6 ayında ölkənin strateji valyuta ehtiyatları 4,2 mlrd. dollar artıb.

APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ilin yanvar-iyun aylarında pul siyasəti haqqında icmalında deyilir.

“Ölkənin strateji valyuta ehtiyatları təxminən 3 illik mal və xdmətlərin idxalına kifayət edir”- deyə sənəddə qeyd olunur.

Məlumata görə, AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 7% artaraq 15.2 mlrd dollar olub.

2014-cü ilin yanvar-iyun aylarında pul siyasəti haqqında icmal AMB-nin saytında dərc edilib.

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR