Atıcılıq üzrə Qəbələ Beynəlxalq Qran-Pri yarışlarının ilk qalibləri məlum olub - FOTO

Atıcılıq üzrə Qəbələ Beynəlxalq Qran-Pri yarışlarının ilk qalibləri məlum olub - <span style="color: red;">FOTO
# 16 avqust 2014 18:33 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Qəbələ rayonunda ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarının ilk qalibləri məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən yarışın ilk günündə qadınların yarışı böyük marağa səbəb olub. Olimpiya atıcılıq növü olan dairəvi stend atıcılığı yarışında Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan təmsilçiləri mübarizə aparıblar.

Turnirdə Rusiya atıcıları Svetlana Demina qızıl, Olga Panarina gümüş və Boyuk Britaniya təmsilçisi Yelena Allen bürünc medala sahib olub. Yarışda Azərbaycanı təmsil edən olimpiya çempionu Zemfira Meftahəddinova 9–cu və dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova 8-ci yerə çıxıb.

Xatırladaq ki, ümumi mükafat fondu 81000 ABŞ dolları olan yarışda 150–yə yaxın kişi və qadın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparır.

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir. Turnir avqustun 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR