Güzdəkdə tapılan top mərmisi istifadəyə yararlı olub - YENİLƏNİB

Güzdəkdə tapılan top mərmisi istifadəyə yararlı olub - <span style="color: red;">YENİLƏNİB
# 29 iyul 2014 12:36 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib və döyüş sursatının istifadəyə yararlı olan 1 ədəd top mərmisi olması müəyyən edilib.

Mərmi aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkarlanmayıb.

***

12:35

Bakı. Hafiz Heydərov - APA. Abşeron rayonunda top mərmisi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində partlamamış top mərmisinin aşkar edilməsi barədə nazirliyə məlumat daxil olub. Daxil olan məlumat əsasında əraziyə əməliyyat qrupu cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR