Sumqayıtda "Opel" markalı avtomobil, Masazırda 3 otaqlı ev yanıb

Sumqayıtda "Opel" markalı avtomobil, Masazırda 3 otaqlı ev yanıb
# 18 mart 2015 03:58 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus "OPEL" markalı minik avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR