Amerika və Avropa fond bazarlarında əksər səhmlər bahalaşıb

Amerika və Avropa fond bazarlarında əksər səhmlər bahalaşıb
# 23 mart 2015 07:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,94% - 18 127,65 bəndədək, S&P 500 0,90% - 2 108,10 bəndədək, NASDAQ 0,68% - 5 026,42 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,86% - 7 022,51 bəndədək, Fransa CAC-40-ı 1,00% - 5 087,49 bəndədək, Almaniya DAX-ı 1,18% - 12 039,37 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,99% - 19 753,26 bəndədək, Hang Seng 0,37% - 24 465,40 bəndədək, Shanghai 1,34% - 3 665,85 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,80 dollar ucuzlaşaraq 1 181,80 dollara, gümüş isə 0,19 dollar azalaraq 16,70 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR