Azərbaycanda içərisində mərmi olan tank əleyhinə raket kompleksi tapılıb

Azərbaycanda içərisində mərmi olan tank əleyhinə raket kompleksi tapılıb
# 27 oktyabr 2014 12:06 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Sərhəd və Daxili Qoşunların əməkdaşları cəlb olunublar.

Əraziyə baxış keçirilərkən məlum olub ki, kompleksin içərisində bir ədəd mərmi də olub.

Əməliyyat tədbirləri qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Daha sonra müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə xüsusi qaydalara riayət edilməklə raket kompleksi zərərsizləşdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR