Bakıda İsveçrə Konfederasiyasının yaranmasının 723-cü ildönümü qeyd edilib - FOTOSESSİYA

Bakıda İsveçrə Konfederasiyasının yaranmasının 723-cü ildönümü qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 avqust 2014 20:09 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Bakıda İsveçrə Konfederasiyasının yaranmasının 723-cü ildönümü qeyd edilib.

APA-nın verdiyi məlumata görə, İsveçrə səfirliyinin təşkil etdiyi tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın və İsveçrənin dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer ölkəsi haqqında məlumat verib və İsveçrə ilə Azərbaycan arasında münasibətlərdən danışıb.

Səfir qeyd edib ki, 1991-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaranmasından bəri İsveçrə ilə Azərbaycan əməkdaşlığı uğurla davam etdirir: "İki ölkə arasında yüksək vəzifəli rəsmilərin səfərləri də bunu təsdiq edir".

O, İsveçrə prezidenti Didye Burkhalterin Azərbaycana səfərinə də toxunaraq, iki ölkənin prezidentləri arasında dost münasibətlərin yaranmasına diqqət çəkib. P.Obişer əlavə edib ki, bu dostluq münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə ümid edir.

Daha sonra çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından İsveçrə hökuməti və xalqını təbrik edib.

Nazir müavini deyib ki, Azərbaycan da İsveçrə ilə daha dərin və daha çoxtərəfli əməkdaşlıqda maraqlıdır: "İsveçrə bir dövlət kimi böyük uğurlara imza atıb. Adambaşına düşən ümumdaxili məhsul 80 min dollara çatıb. Bu ölkə Avropada və dünyada iqtisadiyyatı yüksək səviyyədə inkişaf edən, aparıcı dövlətlərdən sayılır. Bizim bir neçə sahə əməkdaşlıq münasibətlərimiz formalaşıb. Həm siyasi sahədə, həm də iqtisadi sahədə İsveçrə bizim yaxın tərəfdaşımıza çevrilib. Lazım gələn zamanlarda İsveçrənin dəstəyinə ümid edə bilərik. Bu dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Əgər İsveçrə Xarici İşlər Nazirliyinin saytına girsəniz, orda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı olunmasına dair materialla da qarşılaşarsınız”.

Daha sonra tədbirin ziyafət hissəsi başlayıb, qonaqlar İsveçrə mətbəxi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR