Ukraynanın NATO-ya qoşulması ilə bağlı referendum keçiriləcək

Ukraynanın NATO-ya qoşulması ilə bağlı referendum keçiriləcək
# 22 aprel 2015 21:39 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın dövlət başçısı Fransanın “iTele” telekanalına deyib.

“Düşünürəm ki, Ukraynanın NATO-ya üzv olmaq məsələsini xalq həll etməlidir. Çünki söhbət mühüm və fundamental məsələdən gedir. Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək”, P.Poroşenko qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR