İsrail ordusu 8 fələstinli deputatı həbs edib

İsrail ordusu 8 fələstinli deputatı həbs edib
# 14 iyul 2014 21:35 (UTC +04:00)

Bakı-APA. İsrail ordusu İordan çayının Qərb sahilində 8 fələstinli deputatı həbs edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanların hamısı HƏMAS təşkilatına bağlı deputatlardır.

Həmçinin İsrail hərbçiləri keçirdikləri reydlərin birində 21 yaşlı fələstinlini güllələyiblər. Məlumata görə, Hevron şəhəri ətrafında keçirilən genişmiqyaslı axtarış əməliyyatı yerli gənclərin etirazına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR