İmişli sakinini cərəyan vurub - VİDEO

İmişli sakinini cərəyan vurub - <span style="color: red;">VİDEO
# 02 aprel 2015 11:32 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. İmişli rayon sakinini elektrik cərəyanı vurub.

APA-nın yerli bürosunun məlumatına görə, bədbəxt hadisə bu gün səhər saat 10:00 radələrində Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində qeydə alınıb.

İmişli rayon sakini 53 yaşlı Ələsgərov Eldar Mayıl oğlu İmişli istiqamətində hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobilini yol kənarında saxlayaraq, həmin yolun üzərindən keçən yüksək gərginlikli elektrik naqilinin onun yük avtomobilinə toxunub-toxunmadığını yoxlamaq istəyib. Yük maşınının üzərinə çıxan sürücü səhlənkarlıq edərək, yüksək gərginli elektrik naqilinə toxunub. Cərəyan güclü olduğundan, onu vuraraq asfalt yola çırpıb.

Yaralı dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR