Bank Of Baku

Nazir müavini: Nəqliyyat bağlantılarının açılması Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindəki mövqeyimizi gücləndirir

İqtisadiyyat nazirinin müavini Azər Bayramov

© APA | İqtisadiyyat nazirinin müavini Azər Bayramov

# 11 noyabr 2026 11:42 (UTC +04:00)

"Regionda yeni nəqliyyat bağlantılarının açılması Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindəki mövqeyini daha da gücləndirir".

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, Azərbaycan dəyişən qlobal mühitin çağırışlarını vaxtında qiymətləndirərək öz inkişaf prioritetlərini uzunmüddətli strateji baxış əsasında həyata keçirir: “Əldə edilmiş tarixi nailiyyətlər, formalaşdırılmış iqtisadi potensial və müasir infrastruktur ölkəmizin yeni strateji inkişaf mərhələsinə daha geniş imkanlarla daxil olması üçün möhkəm zəmin yaradıb. Məhz bu əsasda hazırlanmış 2027-ci il dövlət büdcəsinin layihəsi yeni mərhələnin hədəflərinə nail olunmasında mühüm rol oynayacaq.

Bunu bir sıra iqtisadi göstəricilər də təsdiq edir: strateji valyuta ehtiyatları illik Ümumi Daxili Məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir, aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqi investisiya səviyyəsində qiymətləndirilir. Ölkəmiz həm də yeni geoiqtisadi rol qazanıb. Regionda yeni nəqliyyat bağlantılarının açılması Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindəki mövqeyini daha da gücləndirir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR