İsmayıllıda piyadanı maşın vurub - VİDEO

İsmayıllıda piyadanı maşın vurub - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2014 08:00 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Məmmədov Amil Arzuman oğlu idarə etdiyi 90-XN-902 dövlət nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1981-ci il təvəllüdlü Həşimov Çingiz Eldar oğlunu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda Ç. Həşimovun vəziyyəti orta-ağır olaraq qalır. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR