SAM nümayəndələri ABŞ-ın beyin mərkəzlərində mühazirələrlə çıxış ediblər - FOTOSESSİYA

SAM nümayəndələri ABŞ-ın beyin mərkəzlərində mühazirələrlə çıxış ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 01 may 2013 07:24 (UTC +04:00)

Bakı – APA. ABŞ-da səfərdə olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti aprelin 30-da Ceymstaun Fondunda (The Jamestown Foundation) “Azərbaycan, Gürcüstan, Türkiyə: inkişaf edən strateji ittifaqın əsasları və çağırışları” mövzusunda konfrans keçirib. SAM-dan APA-ya verilən məlumata görə, konfransı giriş nitqi ilə Ceymstaun Fondunun prezidenti Qlen Hovard və SAM-ın direktor müavini Gülşən Paşayeva açıblar.

“Strateji ittifaqın məqsədləri və perspektivləri” mövzusuna həsr edilmiş birinci sessiyada XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri: Regional inteqrasiyaya doğru”, ABŞ-Gürcüstan Biznes Şurasının direktoru Mamuka Sereteli “Gürcüstan perspektivi”, “Turkish Policy Quarterly” jurnalının baş redaktoru Nigar Göksəl “Strateji tərəfdaşları ilə münasibətlərin yaxınlaşması: Türkiyənin Cənubi Qafqaz siyasətinin inkişaf perspektivləri” mövzusunda çıxışlar ediblər.

“Qərb maraqları və Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” mövzusuna həsr edilmiş ikinci sessiyada Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor “Avropa Birliyi və Azərbaycan-Gürcüstan-Türkiyə qaz dəhlizi“, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov “Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı: Regional və regionlararası inteqrasiyaya doğru”, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı “Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat, logistika və ticarət mərkəzi kimi”, Xarici Siyasət Tədqiqat İnstitutunun Qara Dəniz/Avrasiya üzrə regional mütəxəssisi Michael Hikari Cecire “Üçtərəfli ittifaq: Avroalantik məqsədlərin həyata keçirilməsi üçün vasitə” mövzularında məruzə söyləyiblər.

Eyni gündə Vudro Vilson Beynəlxalq Mərkəzində (Woodrow Wilson International Center) “Nabucco sonrası: Cənub qaz dəhlizi və Avropa enerji təhlükəsizliyində yeniliklər” mövzusunda konfrans keçirilib. Konfransda SAM-ın direktoru Fərhad Məmmədov “Region və Cənub dəhlizinə strateji baxış”, millət vəkili Asim Mollazadə “Enerji sahəsindəki inkişaf, regional və beynəlxalq təsirlər”, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva “TANAP/Şahdəniz/Nabucco Qərb/TAP-da xüsusi yenilənmə” mövzularında çıxış ediblər.

Eyni zamanda SAM-ın direktor müavini Gülşən Paşayeva Çoxşaxəli Diplomatiya İnstitutunun (Institute for Multi-Track Diplomacy) prezidenti, keçmiş səfir Con Makdonald ilə görüşüb.

Daha sonra SAM-ın nümayəndə heyəti Heritage Fondunda Ariel Koen və Jim Robertslə görüş keçirib.

Daha iki mühazirə Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli Məktəbində baş tutub. SAM-ın direktor müavini Gülşən Paşayeva “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində diplomatiyanın ikinci istiqaməti” mövzusunda mühazirə ilə çıxış edib. SAM-ın Daxili siyasətin təhlili şöbəsinin baş elmi işçisi Rauf Qaragözov isə “Kədər düşmənləri birləşdirə bilərmi? Mətnlərin, yaddaşın, emosiyaların və sosial yönəlmələrin Qarabağ münaqişəsinə qarşılıqlı təsiri” mövzusunda mühazirə oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR