Seyid Yəhya Bakuvi irsi tanıdılacaq

Seyid Yəhya Bakuvi irsi tanıdılacaq
# 16 aprel 2013 10:52 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. UNESCO tərəfindən 2013-cü ilin tanınmış Azərbaycan filosofu və şairi, xəlvətilik təriqətinin qurucularından olan “Seyid Yəhya Bakuvi ili” elan edilməsi münasibətilə Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları tərəfindən Bakıda onun irsinin təbliği həyata keçiriləcək. Tədbirin təşkilat komitəsindən APA-ya verilən xəbərə görə, Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərdə Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Atatürk Mərkəzi və Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı iştirak edəcək.

Aprelin 20-dən İçərişəhərdə “Seyid Yəhya irsinin tanıdılması və təbliği” silsilə tədbirlərinə start veriləcək və Bakuvinin “Şəfaül Əsrar” kitabının ikinci nəşrinin təqdimatı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR