Səlim Müslümov: “Sosial xidmət müəssisələrində fəaliyyət göstərən işçilərinin maaşının artırılması gündəmdədir”

Səlim Müslümov: “Sosial xidmət müəssisələrində fəaliyyət göstərən işçilərinin maaşının artırılması gündəmdədir”
# 22 dekabr 2014 13:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) gündəmində olan əsas məsələlərdən biri sosial xidmət müəssisələrində fəaliyyət göstərən işçilərinin maaşının artırılmasıdır.

APA-Economics”in məlumatına görə, bunu nazirlikdə QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın (2014-2025-ci illər) layihəsinin müzakirələri çərçivəsində nazir Səlim Müslümov deyib.

S. Müslümovun sözlərinə görə, sosial xidmət müəssisələrindəki əmək xüsusilə ağır şəraitində çalışanların əməyinə bərabər tutulmalıdır.

“Biz bu istiqamətdə iş aparırıq. Daha sonra bu qərarın verilməsi üçün hökumətə müraciət ediləcək”, - deyə S. Müslümov qeyd edib.

Nazir əlavə edib ki, nazirliyin müvafiq qanunvericiliyin pozulmasına görə sahibkarlara tətbiq edəcəyi cərimələrin 25% qurumun işçilərinin maddi həvəsləndirilməsi, maddi-texniki baza məsələlərinin həllinə, habelə normal məbləğ olarsa, sosial işçilərin əməyinin qiymətləndirilməsi üçündə istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR