Azərbaycan XİN: Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir - VİDEO

Azərbaycan XİN: Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 07:18 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanatla çıxış edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, Azərbaycan Respublikası 16 dekabr tarixində Pakistanın Peşavər vilayətindəki məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumunu qəti şəkildə pisləyir:


“Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorçuluqdan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsasında terrorçuluğa qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR