Silah saxlamaqda təqsirləndirilən Quba sakinlərinin məhkəməsi başlayıb

Silah saxlamaqda təqsirləndirilən Quba sakinlərinin məhkəməsi başlayıb
# 10 iyul 2014 14:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Proses iyulun 18-də davam etdiriləcək.

Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini , döyüş sursatını və sair əldə etmə, başqasına vermə, daşıma) maddəsi ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR