Qarabağın bərpası üçün Türkiyə şirkətləri ilə bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollara çatıb

Qarabağın bərpası üçün Türkiyə şirkətləri ilə bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollara çatıb
# 21 dekabr 2023 10:42 (UTC +04:00)

Son üç ildə ölkəmizin sərmayə resursları Böyük qayıdışın təmin edilməsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib.

APA-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, indiyə qədər dövlət büdcəsindən bərpa prosesinə 7 mlrd. dollardan çox vəsait ayrılıb. Qarabağın bərpası üzrə Türkiyə şirkətləri bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollardan çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR