Sergey Lavrov: “İranın nüvə proqramı ilə bağlı danışıqlarda prinsipial anlaşma əldə edilib”

Sergey Lavrov: “İranın nüvə proqramı ilə bağlı danışıqlarda prinsipial anlaşma əldə edilib”
# 01 aprel 2015 08:38 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, anlaşma Beynəlxalq Atom Enerjisi Agentliyinin xətti ilə dinc nüvə proqramının verifikasiyası, o cümlədən sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Nazir qeyd edib ki, ötən ilin noyabr ayında bütün aspektlərin həllinin siyasi çərçivələrinin formalaşdırılması üzrə öhdəliklər yerinə yetirilib. S. Lavrov bildirib ki, İran və “altılıq” ölkələrinin ekspertləri texniki detallar üzrə danışıqları iyun ayının sonunadək davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR