“Türk axını” qaz borusunun tikintisinə 2 mlrd. avro cəlb etmək planlaşdırılır

“Türk axını” qaz borusunun tikintisinə 2 mlrd. avro cəlb etmək planlaşdırılır
# 22 aprel 2015 01:17 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib.

“Rusiya-Avropa konsorsiumun qaz borusunun tikintisi üçün lazım olan 2 mlrd. avro cəlb edə biləcəyinə heç bir şübhə yoxdur”, deyə o qeyd edib.

Miller bir neçə Avropa şirkətinin layihəyə maraq göstərdiyini qeyd edib.

“Qazprom” şirkətinin rəhbəri yeni qaz borusunun illik tədarük gücünün 47 mlrd. kubmetr həcmində olacağını qeyd edib: “Layihə Avropa qanunvericiliyinə tam uyğun şəkildə reallaşdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR