Yol polisi DTX və XTX-nın əməliyyat avtomobillərini saxlamayacaq

Yol polisi DTX və XTX-nın əməliyyat avtomobillərini saxlamayacaq
# 14 iyun 2016 15:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Daxili İşlər Nazirliyi “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Təlimat Dövlət Yol Polisi (DYP) tərəfindən mexaniki nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət fəaliyyətini tənzimləyir.

Dəyişikliyə əsasən, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməliyyat avtomobilləri texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayacaq.

Qeyd edək ki, bu Təlimata əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat avtomobilləri də texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayıb.

MTN ləğv edilərək, bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR