İctimai Palata Rüstəm İbrahimbəyovla bağlı bəyanat verib

İctimai Palata Rüstəm İbrahimbəyovla bağlı bəyanat verib
# 27 fevral 2013 16:09 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. İctimai Palata (İP) Rüstəm İbrahimbəyovla bağlı bəyanat verib.

İP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda xalq yazıçısı, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun özünün həbs təhlükəsi barədə açıqlaması ciddi narahatlıqla qarşılanıb.

İP hesab edir ki, R. İbrahimbəyovun həbs təhlükəsi, təhdidlə üz-üzə qalması Azərbaycandakı vəziyyəti ortaya qoyub: “Onun müdafiəsi bu gün hər bir azərbaycanlı üçün vicdan məsələsidir. Hər kəsin bu məsələdə öz mövqeyini açıq şəkildə ifadə etməsi toplumun mənəvi vəzifəsidir”.

Bəyanatda İP R. İbrahimbəyovu birmənalı müdafiə etdiyini, bu istiqamətdə tələb olunan addımlara hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR