“Nabat” Tripoli Film Festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb

“Nabat” Tripoli Film Festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb
# 15 may 2015 14:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun “Nabat” filmi “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna baş çəkib.

Mükafatı qəbul edərkən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür edib, festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR