Mazandaran sement zavodu Azərbaycana ixrac etdiyi məhsulların həcmini artırmaq istəyir

Mazandaran sement zavodu Azərbaycana ixrac etdiyi məhsulların həcmini artırmaq istəyir
# 15 aprel 2015 08:04 (UTC +04:00)

Mazandaran. Elvin Bayramlı-APA. İranın Mazandaran vilayətində yerləşən "Neka" sement zavodu Azərbaycana ixrac etdiyi məhsulların həcmini artırmaq istəyir.

APA-nın İrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu İranda səfərdə olan azərbaycanlı jurnalistlərə zavodun direktor müavini Bəhram Lətifi deyib. O bildirib ki, "Neka" şirkəti məhsullarını Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan, Rusiya və digər ölkələrə də ixracat edir. Ancaq şirkətin ən yaxın tərəfdaşı məhz Azərbaycandır: "Biz artıq 5 ildir, Azərbaycanla əməkdaşlıq edirik. Hər il bu ölkəyə 680-700 min ton sement və klinker ixrac olunur. Ötən il Azərbaycana ixrac olunan məhsulun həcmi əvvəlki illərə nisbətən azalıb. Bunun da səbəbi Azərbaycanda sement zavodlarının açılması və istehsalın artmasıdır".

Direktor müavini əlavə edib ki, zavodun istehsal etdiyi məhsullar beynəlxalq standartlara cavab verdiyindən Azərbaycan tərəfi bu məhsullara maraq göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR