Sualtı kabellər sahəsində böyük layihələr, eyni zamanda, dəmir yolu sektorunda həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələr var.
APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, dost Azərbaycanın növbəti inkişaf mərhələsinin bir hissəsi olmağa hazırdırlar: “Eyni zamanda, Azərbaycanın İtaliyaya yatırdığı investisiyaları da məmnuniyyətlə qarşılamışıq. Buna görə də hesab edirəm ki, Biznes Forumu böyük uğur qazanacaq”.