Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib, ölən və yaralananlar var

Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib, ölən və yaralananlar var
# 13 oktyabr 2015 03:28 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 əsgər şəhid olub, 2 hərbçi və 2 kənd qoruyucusu yaralanıb.

Məlumata əsasən, əməliyyatdan qayıdan hərbçilər iri çaplı silah və qumbaraatanlardan atəşə tutulub.

Baş verən atışma zamanı 3 hərbçi və 2 kənd qoruyucusu yaralanıb. Şirnak hərbi hospitalına çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR