Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunacaq

Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunacaq
# 30 sentyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mərhum aktyoru, xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, yubiley tədbiri oktyabrın 15-də Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Yubiley mərasimində Süleyman Ələsgərovun sənət dostları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub.

Tamaşaçıların “Bizim Cəbiş müəllim” filmindən yaxşı tanıdığı S. Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılıb. Aktyor teatrda fasiləsiz olaraq 63 il səhnəyə çıxıb.

Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR