Azərbaycanın bir neçə şimal rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə şimal rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 21 noyabr 2014 07:20 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus diametri 500 mm-lik magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə aparılacaq təmir işləri zamanı bu gün saat 18:00-dək Xızı və Siyəzən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR