Peruda baş verən yol qəzası nəticəsində 8 nəfər ölüb, 28 nəfər xəsarət alıb

Peruda baş verən yol qəzası nəticəsində 8 nəfər ölüb, 28 nəfər xəsarət alıb
# 10 noyabr 2014 18:54 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı 8 nəfər ölüb, 28 nəfər xəsarət alıb.

Paytaxt Limadan Uanuko şəhərinə gedən avtobusun sürücüsü şossenin yağışlar nəticəsində su altında qalmış təhlükəli ərazisində idarəetməni itirib. Yoldan çıxaraq qəzaya uğrayan avtobusda 50-yə yaxın sərnişinin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR