Azərbaycana yeni İP telefon gətirilib

Azərbaycana yeni İP telefon gətirilib
# 22 avqust 2012 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Cisco» şirkəti Azərbaycanda yeni «Cisco Unified 3905» büdcəli İP telefonunu təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu model həm telefon, həm də şəbəkə kimi geniş funksional imkanlara malikdir. «Cisco Unified 3905» həm şəhər nömrələrinə, həm də İP ünvanlara zəng etməyə imkan verir. Telefon zəng edən barədə məlumatı göstərən maye-kristal displeyə malikdir.

Telefon zəngi gözləmə rejimi funksiyası ilə iki paralel daxil olan zəngləri dəstəkləyir. Telefonun dəstəyində səsli poçt qutusunda olan gözlənilən ismarıçların göstərilməsi üçün işıq diodu mövcuddur.

Qeyd edək ki, «Cisco» şirkəti səsli rabitə, video və audio konfranslar sistemi, şəbəkə kommunikasiyaları üçün həllərin istehsalçıları arasında dünya lideridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR