Elmar Qasımov: “Azərbaycanda ingilisdilli neft mütəxəssislərinə böyük ehtiyac yaranacaq”

Elmar Qasımov: “Azərbaycanda ingilisdilli neft mütəxəssislərinə böyük ehtiyac yaranacaq”
# 05 oktyabr 2012 14:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) həm ölkə daxilində, həm də xaricində böyük investisiya layihələri həyata keçirir, müasir neft-qaz kompleksləri tikir. Belə layihələrin həyata keçirilməsi üçün yüksək ixtisaslı, ingilis dilini bilən mühəndis kadrlara böyük ehtiyac yaranacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.

Onun sözlərinə görə, artıq Bakı Ali Neft Məktəbi ARDNŞ-ın qarşıya qoyduğu tələblərə uyğun olaraq kadr hazırlığına başlayıb: “Hazırda həm Azərbaycanda, həm də xaricdə mühəndislik ixtisaslarına böyük ehtiyac var. Hansı ölkədə mühəndislik ixtisasları yüksək sürətlə inkişaf edirsə, o ölkənin iqtisadiyyatı da inkişaf edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR