Sabah «Azərenerji»nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq

Sabah «Azərenerji»nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq
# 04 sentyabr 2012 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 5-dən etibarən Bakı Fond Birjasında (BFB) «Azərenerji» ASC-nin adi adlı sənədsiz səhmlərinin əlavə yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 10 022 989 ədəd, emissiyanın ümumi həcmi isə 200 459 780 manat təşkil edir. «Azərenerji»nin səhmlərinin yerləşdirilməsində andderayter rolunda «Çelsi Kapital» şirkəti çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra ASC-nin nizamnamə kapitalı 12,8% artaraq 1 760 494 580 manata çatacaq.

Xatırladaq ki, «Azərenerji» Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR