Şimali Koreyanın ticarət naziri vertolyot qəzasında həlak olub
16 fevral 2012 14:18 (UTC +04:00)
Bakı - APA-Economics. Şimali Koreyanın ticarət naziri Kim Bon Çer (Kim Bong Cheol) vertolyot qəzasında həlak olub.
“APA-Economics”in Cənubi Koreya mətbuatına istinadən xəbərinə görə, hadisə fevralın 14-də Pxenan-Punkto məntəqəsində baş verib.
Enişə hazırlaşan vertolyotun quyruğu qayaya toxunub. Hadisə nəticəsində 5 nəfər həlak olub, amma vertolyotdakı jurnalistlər və pilot sağ qalıb.
Nazir və tabeçiliyindəkilər Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin anadan olmasının 70 illiyi münasibətilə əhaliyə hədiyyə paylamağa gedirmişlər.

Maliyyə
Azərbaycanda daxili borcun artmasının səbəbi açıqlanıb
14:04
23 may 2024
Son 2 il ərzində qaytarılan vergilərin məbləği açıqlanıb
12:24
23 may 2024
Unibankdan həkimlərə sərfəli kredit: faizi azaltdı, məbləği artırdı, müddəti uzatdı!
11:58
23 may 2024
Nazir: Xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilir
11:50
23 may 2024