Qazaxıstan Parlamenti Məclisinin sədri TürkPA baş katibini qəbul edib

Qazaxıstan Parlamenti Məclisinin sədri TürkPA baş katibini qəbul edib
# 27 mart 2012 09:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Almatı şəhərində MDB Parlament Asambleyasının 20 illiyinə həsr olunmuş xüsusi sessiya çərçivəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin TürkPA baş katibi Ramil Həsənovu qəbul edib. Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə R. Həsənov TürkPA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr, daimi komissiyaların iclasları və onların qəbul etmiş olduğu qərarlar, assambleyanın Bişkekdə keçirilməsi nəzərdə tutulan III plenar sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə məlumat verib.

N. Niqmatulin TürkPA-nın fəaliyyətinə xüsusi önəm verdiyini, təşkilatın türkdilli dövlətlər arasında müxtəlif sahələrdə körpü rolunu oynadığını qeyd edib və katibliyin fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda qurumun işinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həm sədrlik etdiyi dövrdə, həm də gələcəkdə təşkilatın və katibliyin fəaliyyətinə Qazaxıstan parlamenti tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR