Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcək

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcək
# 10 fevral 2012 13:11 (UTC +04:00)
Bakı – APA. Martın 12-də Bakı şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) təsis qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, təsis qurultayında xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət qonaqların iştirakı nəzərdə tutulub.

Təsis qurultayında Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi qəbul olunacaq, DAGB-in rəhbər orqanları seçiləcək, “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası”, “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi”, “Azərbaycan lobbi quruculuğu gənclərin baxış bucağında” və s. mövzular ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR