İşğalçı Ermənistan ordusu atəşkəs pozuntularını davam etdirir

İşğalçı Ermənistan ordusu atəşkəs pozuntularını davam etdirir
# 10 aprel 2012 08:17 (UTC +04:00)
Bakı – APA. Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-da saat 19.30-dan 19.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərindən; saat 23.35-dən 23.40-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ayqedzor kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərini; saat 23.55-dən 00.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR