OPEC-in neft hasilatı böhrana qədərki səviyyəyə çatıb

OPEC-in neft hasilatı böhrana qədərki səviyyəyə çatıb
# 01 mart 2012 12:07 (UTC +04:00)
Bakı - APA-Economics. Neft İxracatçısı Ölkələrinin Təşkilatı (OPEK) bu ilin fevral ayında neft hasilatını son 3,5 illik maksimuma çatdırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, ötən ay təşkilatın 12 üzvü sutkada 31,23 mln. barel neft hasil edib.

Sonuncu dəfə bu göstərici qlobal iqtisadi böhranın kəskin başlanğıc fazasında - 2008-ci ilin oktyabrında qeydə alınıb. Amma hasilatın artmasına baxmayaraq, dünya bazarında neftin qiyməti yüksək olaraq qalır. Buna səbəb beynəlxalq sanksiyalar nəticəsində İrandan neft ixracının həcminin azalacağı ehtimalıdır.

Son iki həftə ərzində “Brent” markalı neftin 1 barelinin qiyməti 120-125 dollar olub. Bu qiymət sonuncu dəfə 2008-ci ilin yayında və 2011-ci ilin yazında qeydə alınıb.

Qeyd edək ki, 1960-cı ildə yaradılan OPEK-ə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Qabon və Anqola daxildir. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Dünya neft hasilatının 40%-i OPEK-in payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR