«Parabank» əmanətçilərə bonus təklif edir

«Parabank» əmanətçilərə bonus təklif edir
# 24 avqust 2012 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-yə əmanət yerləşdirən müştərilər 1% bonus əldə edəcəklər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, avqust ayından başlayaraq dekabrın 31-nə kimi 6 ay və daha artıq müddətə əmanət yerləşdirən müştərilərə əmanətin həcminin 1%-i məbləğində bonus veriləcək.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 238 POS-terminalı və 402 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR