Ötən il Rusiyada milyarderlərin sayı 416 nəfər olub

Ötən il Rusiyada milyarderlərin sayı 416 nəfər olub
# 13 mart 2012 11:42 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada gəliri 1 mlrd. rubldan artıq vətəndaşların sayı artır. “APA-Economics”in “Kommersant”a istinadən xəbərinə görə, bu barədə Federal Vergi Xidməti açıqlama yayıb.

Xidmətin statistikasına əsasən, 2011-ci ildə ölkədə gəliri 1 mlrd. rubldan (34 mln. dollardan) artıq gəliri olanların sayı 416 nəfər, 10 mlrd. rubldan (340 mln. dollardan) artıq gəliri olanların sayı isə 27 nəfər olub.

Qəzet yazır ki, bu rəsmi informasiya ölkədəki real mənzərəni əks etdirmir. Çünki yalnız səhm paketlərinin satışından və müəssisələrin nizamnamə kapitalındakı paydan əldə olunan gəlirləri ehtiva edir. Söhbət fiziki şəxslərin 2010-cu ildəki gəlirlərindən 2011-ci ildə tutulan vergi deklarasiyasından gedir.

Qeyd edək ki, Rusiyada gəliri 1 mlrd. rubldan artıq vətəndaşların sayı 2008-ci ildə 588 nəfər, 2009-cu ildə 455 nəfər, 2010-cu ildə 385 nəfər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR