Bakıda sərnişin avtobusu yanıb

Bakıda sərnişin avtobusu yanıb
# 11 iyun 2012 09:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda sərnişin avtobusu yanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bakı-Quba yolunun 8-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. Xırdalandan Bakıya gələn 142 saylı marşrut avtobusu qəzaya uğrayıb. Nəticədə avtobus qəfildən alışıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR