Qroznı küçələrindən birinə Allahşükür Paşazadənin adı verilib

Qroznı küçələrindən birinə Allahşükür Paşazadənin adı verilib
# 31 avqust 2012 12:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Çeçenistanın paytaxtı Qroznı şəhərində Rusiya Federasiyasının Həcc Şurasının və Rusiya Həcc missiyasının yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli iclasda iştirak edib. QMİ-dən APA-ya verilən xəbərə görə, iclasdan əvvəl A. Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. İclasda çıxış edən R. Kadırov A. Paşazadənin rusiyalı dindarların Həcc səfərləri zamanı ölkə ərazisindən keçidlərinə yaratdığı şəraitin vacibliyini qeyd edib. Çeçenistanın rəhbəri bu məsələdə A. Paşazadənin əvəzsiz xidmətlərinə görə onun “Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun 60 illik yubileyi” şərəfinə təsis edilmiş medalla təltif olunması barədə fərmanı oxuyub. O, həmçinin region xalqları arasında dostluğun möhkəmlənməsində, terrorçuluq, radikalizim və separatçılığa qarşı prinsipial mövqeyinə görə və çeçen xalqının minnətdarlığının ifadəsi olaraq Qroznı şəhərinin küçələrindən birinin şeyxülislam Allahşükür Paşazadənin şərəfinə adlandırılması barədə qərar qəbul edildiyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR