Bakıda Avropa Azərbaycan Məktəbinin açılışı olub - FOTOSESSİYA

Bakıda Avropa Azərbaycan Məktəbinin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 15 sentyabr 2012 08:15 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakının Yasamal rayonunda inşa edilən yeni təhsil ocağı Avropa Azərbaycan Məktəbi adlanır. Məktəbin açılışında, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, millət vəkili Ülvi Quliyev, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən K. Heydərov bildirib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində respublikada müasir standartlara cavab verən çoxlu sayda yeni məktəb binası tikilib: “Bildiyiniz kimi, cənab prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ bölgəsində yeni məktəblər inşa edilib. Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikanın hər bir tərəfində yeni-yeni təhsil ocaqları tikilməkdədir. Məqsəd gələcəyimiz olan yeni nəslin savadlı və bacarıqlı yetişməsidir. Bütün bunlar dövlətimizin təhsilə verdiyi diqqət və qayğının nəticəsidir”.

K. Heydərov “Bilik Günü” münasibəti ilə bütün şagirdləri təbrik edib, onlara dərslərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Açılış mərasimində çıxış edən millət vəkili Ü. Quliyev və tədbir iştirakçıları əlamətdar gün münasibətilə müəllim və şagirdləri təbrik ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR