Azərbaycanda bankların xarici öhdəlikləri azalıb

Azərbaycanda bankların xarici öhdəlikləri azalıb
# 15 mart 2012 11:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 44,2 mln. manat və ya 1,8% azalaraq 2012-ci il fevralın 1-nə 2 440,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar ayı ərzində xarici öhdəliklər 8,2 mln. manat və ya 0,3% artıb:




Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il fevralın 1-nə 1 860,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 mln. manat və ya 1,5% çoxdur. Bununla yanaşı, yanvar ayında 98,2 mln. manat və ya 5,6% artım müşahidə olunub.

Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında yaranmış mənfi saldo 579,7 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 11% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR