Ermənistan aviaşirkəti Suriyanın Hələb şəhərinə uçuşlara başlayır

Ermənistan aviaşirkəti Suriyanın Hələb şəhərinə uçuşlara başlayır
# 02 avqust 2012 08:50 (UTC +04:00)
Bakı – APA-Economics. Ermənistanın “Armavia” şirkəti avqustun 1-dən İrəvan-Hələb-İrəvan marşrutu üzrə Suriyaya müntəzəm uçuşlara başladığını elan edib.

APA-Economics”in “Armenia Today”ə istinadən xəbərinə görə, avqustun 8, 15, 22 və 29-da əlavə aviareyslər təşkil olunacaq.

Hazırda “Armavia” Suriyaya həftədə bir dəfə uçuş həyata keçirir. Şirkətin qanlı döyüşlərin getdiyi bir ölkəyə aviauçuşlar təşkil etməsinin səbəbinə gəlincə, məqsəd Suriyadakı erməniləri oradan çıxarmaqdır. Bütün Avropa aviaşirkətlərinin Hələbə uçuş həyata keçirməkdən imtina etməsi “Armavia”nı belə bir riskə getməyə məcbur edib. Lakin avqustun 1-nə təyin olunmuş aviareys sərnişinlərin yoxluğu səbəbindən baş tutmayıb.

Qeyd edək ki, Suriyada erməni diasporunun üzvlərinin sayı 80-100 min nəfər təşkil edir. Onların 50 mini Hələbdə, qalanları isə Dəməşq, Latakiya, Kesabe və əl-Qamışlıda yaşayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR