Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək

Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
# 08 oktyabr 2012 10:03 (UTC +04:00)
Bakı – APA-Economics. Oktyabrın 20-də Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR