BVF rəhbəri: “Yunanıstan avrozonada iştirakın qiymətini ödəməlidir”

BVF rəhbəri: “Yunanıstan avrozonada iştirakın qiymətini ödəməlidir”
# 23 may 2012 10:20 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanda istənilən halda iqtisadi islahatlar həyata keçirilməlidir. “APA-Economics”in “France 24”ə istinadən xəbərinə görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard çıxış edib.

Onun sözlərinə görə, Yunanıstan parlamenti və hökuməti iqtisadi xilas proqramında təklif olunan tədbirləri solçu partiyalar büdcəyə dəyişiklikləri rədd etdiyi halda belə qəbul etməli olacaq.

K.Laqard qeyd edib ki, hər şeyin öz qiyməti var və Yunanıstan da vahid Avropa valyuta məkanında iştirakın qiymətini ödəməlidir: “İştirakın qiyməti isə əmək məhsuldarlığının artırılması, struktur islahatları və fiskal konsolidasiyadan ibarətdir. Bu addımlar mütləq atılmalıdır”.

Yunanıstan solçularının sərt qənaət proqramından imtina etməsi ehtimalına toxunan BVF rəhbəri bu hərəkətlərdə heç bir məna görmədiyini vurğulayıb: “Əks halda, onlar kəsirin yaratdığı daha ciddi problemlərlə qarşılaşmalı olacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR