Zaqatala sakini intihar edib

Zaqatala sakini intihar edib
# 09 iyun 2012 11:59 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda 41 yaşlı kişi intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə bu gün səhər saat 06-30 radələrində Zaqatala şəhərində qeydə alınıb. 1971-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Əliyev Əli Əmir oğlu özünü yaşadığı evin balkonundan asaraq intihar edib. İlkin məlumata görə, Ə. Əliyev 2-ci qrup əlildir. O, bir müddət əvvəl Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserində müalicə alıb. Fakla bağlı Zaqatala rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR