Azərbaycanlı həyat yoldaşını öldürən Türkiyə vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edilib – FOTO

Azərbaycanlı həyat yoldaşını öldürən Türkiyə vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edilib – <font color=red>FOTO</font>
# 16 fevral 2012 12:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyənin Bursa şəhərində rəsmi nikahsız yaşadığı həyat yoldaşını qətlə yetirmiş şəxsə hökm oxunub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı olan 43 yaşlı Fəzilət Abdullayevanı qətlə yetirmiş Türkiyə vətəndaşı Mustafa Türköz 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabr 20-də 51 yaşlı Mustafa Türköz F. Abdullayevanı onu aldatmasından şübhələndiyi üçün öldürüb. M. Türköz qadını övladının gözü qarşısında güllələyib, sonra isə qaçıb.

Prokuror məhkəmədən ona ömürlük cəza verilməsini istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR