Bu günədək 13829 abituriyent ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə imtahanlarda iştirak etmək üçün ərizəsini təsdiq etdirib
10 avqust 2012 08:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu il 9 illik təhsil bazasında 47 orta təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 10404-dür. Onlardan 4866 dövlət sifarişli üzrə, 5538 yer isə ödənişli əsaslarladır.
M. Abbaszadə bildirib ki, ərizə qəbulu avqustun 1-i başlayıb və avqustun 24-də başa çatacaq.
M. Abbaszadə bildirib ki, ərizə qəbulu avqustun 1-i başlayıb və avqustun 24-də başa çatacaq.