Azərbaycanın dörd rayonuna təbii qazın verilməsində fasilə yaranıb

Azərbaycanın dörd rayonuna təbii qazın verilməsində fasilə yaranıb
# 12 iyun 2012 08:10 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, bu gün səhər saat 09:00 radələrindən ölkənin şimal-qərb bölgəsinə (Şəki, Qax, Zaqatala və Balakən) təbii qazın verilməsi dayanıb. Zaqatala Qaz İstismar Sahəsində (QİS) bölgəyə təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Buna səbəb olaraq Yevlax-Balakən magistral qaz kəmərinin 106, 107, 110 və 113-cü km-lərində (Zaqatala rayonu ərazisində) qaz sızmalarının aşkar edilməsi göstərilir. Bu üzdən bölgənin 4 rayonuna təbii qazın verilməsində müvəqqəti fasilə yaranıb.

Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR